Parisdə Vaşinqtonun təşkilata qayıtmasına həsr olunmuş YUNESKO və ABŞ-ın bayraqlarının qaldırılması mərasimi keçirilib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Mərasimdə ABŞ-ın birinci xanımı Cil Baydenin də iştirak etdiyi qeyd edilir.

"Bu gün qlobal əməkdaşlığa sadiqliyimizin simvolu olan Birləşmiş Ştatların bayrağını qaldırarkən sizə qoşulmaq mənim üçün şərəf idi", - Amerika prezidentinin həyat yoldaşı deyib.

Bundan əvvəl YUNESKO-nun Ukraynaya mədəni irsin rəqəmsallaşdırılması üçün 1,5 milyon dollar ayıracağı bildirilirdi. İyul ayına qədər təşkilat server infrastrukturunun inkişafı üçün lazım olan texniki və proqram təminatının 40 faizini ölkəyə ötürməyi planlaşdırır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN