Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Telegram kanalında bildirib ki, Ukrayna hərbçilərinin kasset bombalarından istifadə etməsi cinayətdir və buna cavab verilməlidir.

O vurğulayıb ki, iyulun 22-də Zaporojye vilayətində jurnalistlərin olduğu mülki avtomobil bu tip silahla atəşə tutulub, nəticədə, RİA Novosti-nin hərbi komandiri Rostislav Juravlev həlak olub, onun dörd həmkarı yaralanıb.

Zaxarova qeyd edib ki, onlarla ölkədən olan siyasətçilər Kiyevə kaset bombası verməməyə çağırıblar.

“Lakin heç bir nəsihət, görünür, ukraynalı faşistlər və onların Vaşinqton və London kuratorları ilə mübahisə edə bilmir. Bu cinayətləri dayandıra biləcək yeganə şey sərt və adekvat cavabdır”, - deyə o yazıb.

Kasset sursatları Amerika Birləşmiş Ştatları tərəfindən Ukraynaya təhvil verilib. Ukrayna hərbçiləri onları LPR-nin Zolotarevka kəndində vurub, sonra isə Belqorod vilayətinin Juravlevka kəndini atəşə tutarkən onlardan istifadə ediblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN