Məhkəmə iki Ukrayna kəşfiyyatçısını casusluqda ittiham edərək 15 il müddətinə azadlıqdan məhrum edib.
Tezadlar.az bildirir ki, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən (İƏM) məlumat verilib.
“Məhkəmə iki Ukrayna kəşfiyyatçısının hər birinə 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib, cəzasını sərt rejimli koloniyada çəkməyə məhkum edib”, - İƏM bildirib.
Onlar 2022-ci ildə casusluqda və Rusiya hərbçilərinin ölümündə və xüsusi əməliyyat zonasında hərbi texnikanın məhv edilməsində iştirakda şübhəli bilinərək FTX tərəfindən saxlanılıblar.
E.ŞİRİNOV