FTX əməkdaşları Qara dəniz donanmasının yüksək dəqiqlikli raket silahları daşıyan gəmilərindən birinə terror aktı törətmək istəyən Ukrayna kəşfiyyatçısını yaxalayıblar.
Tezadlar.az xəbər verir ki, iyulun 27-də bu barədə FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Təhlükəsizlik qüvvələri Ukrayna kəşfiyyatı tərəfindən işə götürülən Hərbi Dəniz Qüvvələrinin əməkdaşını saxlayıb. Həmin şəxsdən iki əldəqayırma bomba götürülüb.
Saxlanılan şəxs dövlət sirrini təşkil edən məlumatları Ukrayna xüsusi xidmət orqanlarına ötürməkdə də şübhəli bilinir.
Hazırda ukraynalı agentə qarşı cinayət işinin başlanması barədə qərar qəbul edilir.
Daha əvvəl bildirilmişdi ki, FTX Rusiya Federasiyasında taxıla gedən gəmidə partlayıcı maddələrin izlərini aşkar edib.
E.ŞİRİNOV