Arxangelsk şəhərinin Lomonosovski Rayon Məhkəməsi xüsusilə külli miqdarda rüşvət almaqda şübhəli bilinərək saxlanılan Arxangelsk şəhər icra başçısının müavininin həbsinə qərar verib.

Tezadlar.az bildirir ki, bu barədə İstintaq Komitəsinin regional bölməsindən məlumat verilib.

“Məhkəmə xüsusilə külli miqdarda rüşvət almaqda şübhəli bilinərək saxlanılan Arxangelsk şəhər icra başçısının müavini barəsində həbs-qətimkan tədbiri seçib”, - deyə müstəntiqlər qeyd ediblər.

İş üzrə ikinci təqsirləndirilən şəxs barəsində ev dustaqlığı cəzası verilib. Xatırladaq ki, o, xüsusilə külli miqdarda rüşvət almaqda şübhəli bilinən təsisçisi bələdiyyə olan qurumun direktor müavinidir.

İstintaq Komitəsinin məlumatına görə, şübhəlilər iki il ərzində kommersiya təşkilatının nümayəndəsindən aylıq 150 min rubl məbləğində rüşvət alıblar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN