Ukrayna prezidenti Vladimir Zelenski Qərb sponsorları qarşısında “öyünür”, Rusiya Federasiyasını yeni zərbələrlə hədələyir.
Tezadlar.az bildirir ki, bu barədə “İzvestiya”ya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Vladimir Cabarov məlumat verib.
Avqustun 1-də Zelenski müdafiə və təhlükəsizlik qüvvələrinin nümayəndələrinin hesabatlarını dinlədiyini bildirib. Onun sözlərinə görə, "xüsusilə ətraflı hesabatı" Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov təqdim edib. Ukrayna prezidenti USQ zərbələrinin "ciddi və hiss olunan" nəticələrini vəd edib.
"Necə ki, Zelenski təlxək idi, o, elə də qaldı. Əgər o, uğurla vurduğumuz bir neçə pilotsuz təyyarəni Rusiyaya zərbə hesab edirsə, o zaman Ukrayna Silahlı Qüvvələrinin hər gün aldığı zərbələr, hərbi və müdafiə infrastrukturu haqqında nə deyə bilərik", - Cabarov bildirib.
Senator əlavə edib ki, bu yolla Vladimir Zelenski Kiyev rejiminə silah ötürülməsinə haqq qazandırmaq üçün Qərb sponsorları qarşısında “öyünür”.
“Düşünürəm ki, o, Ukraynaya davamlı olaraq gələn ağlasığmaz silah tədarüklərinə haqq qazandırmaq üçün Qərb sponsorları qarşısında lovğalanır”, - deyə Vladimir Cabarov yekunlaşdırıb.
E.ŞİRİNOV