Gürcüstanın Şovi kurortunda torpaq sürüşməsi zamanı tapılan cəsədlərin sayı 11 nəfərə çatıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidmətinin yanğınsöndürən və xilasedicilərinin axtarış-xilasetmə tədbirləri çərçivəsində Onski bələdiyyəsi ərazisində 11 nəfərin meyiti tapılıb", - idarənin nümayəndələri bildiriblər.

Onlar əlavə ediblər ki, xilasetmə əməliyyatlarında müxtəlif xüsusi texnika, o cümlədən iki helikopter və pilotsuz uçuş aparatlarından istifadə etməklə 400 nəfər iştirak edir.

Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili “İmedi” telekanalının efirində bildirib ki, 25 nəfərin axtarışı davam edir.

Qeyd edək ki, avqustun 3-də baş verən sürüşmə rayon ərazisindəki körpülərə və yollara, kotteclərə və otelə ziyan vurub. Bununla əlaqədar xilasedicilər 70-dən çox insanı təxliyə ediblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN