Avropa İttifaqının (Aİ) səlahiyyətliləri Nigerdən bir sıra nümayəndəliklərini təxliyə etməmək qərarına gəliblər.
Tezadlar.az xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” qəzeti assosiasiyadakı mənbələrə istinadən məlumat yayıb.
“Aİ-nin polis təlimi və sərhəd mühafizəsi missiyası, eləcə də vacib kadrlar hesab edilən humanitar missiya ölkədə qalacaq”, - deyə onlar qeyd ediblər.
Daha əvvəl bildirilmişdi ki, Aİ-nin Nigerdəki missiyasının əməkdaşlarına öz istəkləri ilə ölkəni tərk etməyə icazə verilib. Bununla belə, diplomatların və səfirlik işçilərinin təxliyəsi ilə bağlı rəsmi qərar verilməyib, - Aİ Xarici İşlər Nazirliyinin sözçüsü Nabilə Massrali bildirib.
Eyni zamanda, Nigerdə baş vermiş dövlət çevrilişi fonunda Aİ assosiasiyaya üzv olan dövlətlərin vətəndaşlarını ölkədən çıxarmaq qərarına gəlib.
E.ŞİRİNOV