Ukrayna prezidenti Vladimir Zelenski Monteneqronun Ukraynaya təhlükəsizlik zəmanətləri haqqında bəyannaməyə qoşulduğunu bildirib.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
“Prezident Yakov Milatoviçlə görüşdə mən Monteneqroya humanitar, hərbi və siyasi dəstəyə, habelə Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı G7 bəyannaməsinə qoşulduğuna görə təşəkkür etdim”, - o deyib.
Zelenski onu da əlavə edib ki, Milatoviçlə görüşdə Ukraynanın “sülh formulu” məsələsi, eləcə də Qlobal Sülh Sammitinə hazırlıq məsələsi qaldırılıb.
Xatırladaq ki, NATO-nun Vilnüsdə keçirilən sammiti zamanı G7 ölkələri Ukraynaya təhlükəsizlik zəmanətləri haqqında bəyannamə dərc etmişdilər. İndiyədək bu bəyannaməyə 25 ölkə qoşulub.
E.ŞİRİNOV