"Dimitri Medvedevin bəyanatı işğalçılıq siyasətinin davamıdır, Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü pozmağa növbəti cəhddir".

Tezadlar.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir. Nazirliyin bəyanatında deyilir: “2008-ci il avqust müharibəsinin 15-ci ildönümündə Rusiya Təhlükəsizlik Şurası katibinin müavininin verdiyi bəyanat Rusiya Federasiyasının Gürcüstan ərazilərini işğal etmək siyasətinin davamı, suverenlik və ərazi bütövlüyümüzün növbəti dəfə pozulmasına cəhddir. Biz Rusiya Federasiyasını beynəlxalq hüququn fundamental prinsip və normalarına hörmət etməyə və 12 avqust 2008-ci il tarixli atəşkəs haqqında sazişi həyata keçirməyə çağırırıq. Gürcüstan münaqişənin sülh yolu ilə həlli və bu yolla ərazilərinin işğaldan azad edilməsi, müharibə nəticəsində ayrılmış əhali arasında barışıq, dinc və birgə yaşamanın təmin edilməsi siyasətinə qətiyyətlə sadiqdir”.
Dünən Rusiya Təhlükəsizlik Şurası katibinin müavini, Rusiyanın sabiq prezidenti Dimitri Medvedev Gürcüstanın ərazi bütövlüyünə qarşı olan ifadələr səsləndirib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN