Ukrayna bölməsinin macar və ruslardan ibarət 3 hərbçisi Zaporojye istiqamətində rus qoşunlarına təslim olub.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
"Onlar Rusiya vərəqələrindən və könüllü təslim olmağa çağıran sms-lərdən istifadə ediblər", - agentliyin açıqlamasında deyilir.
Bundan əvvəl Zaporojye vilayətinin başçısı vəzifəsini icra edən Yevgeni Balitski bildirib ki, cümə axşamı Ukrayna Silahlı Qüvvələrinin (USQ) hücum qrupları Rabotinoda birinci müdafiə xəttinə çata bilib və orada tamamilə məhv edilib.
Rəsminin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri “əsasən artilleriya dəstəyi olmadan belə” hücuma keçirlər.
E.ŞİRİNOV