Macarıstan prezidenti Katalin Novak Kiyevin zorla itirdiyi ərazilərin geri qaytarılmasının mümkünsüzlüyü səbəbindən Ukrayna münaqişəsinin hərbi yolla həllinin olmadığını açıqlayıb.

O, bu barədə Macarıstanın “Index” nəşrinə müsahibəsində bildirib.

Müvafiq bəyanatla Macarıstan lideri Ukrayna prezidenti Vladimir Zelenski ilə avqustun 23-də baş tutan görüşün nəticələrini müsahibəsində şərh edib.

“Mən uzunmüddətli perspektivdə davamlı sülhə gətirib çıxaracaq hərbi həll görmürəm. Ona görə də danışıqlar masası arxasına oturmaq lazımdır”, - deyə prezident bildirib.

Eyni zamanda o, jurnalistin Zelenskinin itirilmiş əraziləri hərbi yolla geri qaytarmaq istəyi ilə bağlı sualını cavablandırarkən qeyd edib ki, “Ukrayna prezidentinin Ukraynanın maraqlarını təmsil etmək hüququ var”.

Bundan əvvəl Novak Ukrayna münaqişəsinin həllində qaçılmaz dəyişikliklərin olacağını proqnozlaşdırmışdı. Macarıstan lideri həmçinin Papanın sülh danışıqlarında əsas rol oynayacağına ümid etdiyini bildirib. Bundan əlavə, o, artıq Moskva, Kiyev və Vaşinqtona səfər etmiş pontifikin Ukraynadakı vəziyyəti həll etmək üzrə nümayəndəsi kardinal Matteo Zuppinin “əsas fiqurlarla” danışıqlar aparmasını vacib məqam adlandırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN