Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bu həftə Çexiya, Fransa və İspaniyaya səfər edəcək və burada hökumət nümayəndələri ilə Kiyevə silah verilməsi məsələsini müzakirə edəcək.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi saytında bildirilir.

Avqustun 28-də Praqada Kuleba səfirlərin illik konfransının fəxri qonağı kimi Çexiyanın diplomatik nümayəndəliklərinin rəhbərləri qarşısında çıxış edəcək. O, həmçinin hərbi-texniki əməkdaşlığın inkişafına dair ikitərəfli danışıqlar aparacaq.

“Avqustun 29-30-da Parisdə nazir Fransa rəhbərliyi və Fransa hərbi-sənaye kompleksinin aparıcı şirkətləri ilə danışıqlar aparacaq. O, fransalı həmkarı Ketrin Kolonnanın dəvəti ilə Fransa səfirlərinin konfransının fəxri qonağı da olacaq”, - deyə məlumatda bildirilir.

Avqustun 31-də ukraynalı nazir Aİ xarici işlər nazirlərinin İspaniyada qeyri-rəsmi görüşündə iştirak edəcək.

Bundan əvvəl Kuleba bildirib ki, Ukrayna bu il Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamağa hazırlaşır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN