Almaniyanın xarici işlər naziri Annalena Barbokun Çin prezidenti Si Cinpinin “diktator” olması ilə bağlı bəyanatı absurddur və açıq-aşkar siyasi təxribatdır.

Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Burbok “Fox News”-a verdiyi müsahibədə Rusiyanın Ukrayna münaqişəsində qələbəsinin “Si kimi dünyanın diktatorlarına bir işarə” olacağını demişdi.

Qeyd edək ki, Berbok Çin prezidenti Si Cinpini “diktator” adlandırıb.

Mao Ninq vurğulayıb ki, Çin Burbokun bəyanatlarından narazılığını bildirir və buna qəti etiraz edir.

"Almaniya tərəfinin bəyanatları tamamilə absurddur, Çinin siyasi nüfuzuna ciddi zərbə vurur, bu, açıq siyasi təxribatdır", - Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

O əlavə edib ki, Pekin diplomatik kanallar vasitəsilə Berlinə ciddi xəbərdarlıqlar edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN