Rusiya Müdafiə Nazirliyi bildirir ki, Rusiya ordusu Donetsk istiqamətində 255-ə qədər ukraynalı əsgəri məhv edib.

“Düşmənin itkiləri 255 nəfərə qədər hərbi qulluqçu, üç zirehli döyüş maşını və yeddi texnika təşkil edib”, - deyə idarədən bildirilib.

Rusiya hərbçiləri bu istiqamətdə Ukrayna Silahlı Qüvvələrinin DXR-in Kleşçeevka, Veseloye, Mayorsk, Maryinka və Vodyanoye yaşayış məntəqələri ərazilərində 6 hücumunu dəf edib.

Döyüş zamanı Rusiya hərbçiləri ABŞ istehsalı olan M777 artilleriya sistemini, Polşa istehsalı olan “Krab” özüyeriyən artilleriya qurğusunu və D-30 haubitsasını vurub.

Bundan əlavə, DXR-in Avdeevka qəsəbəsi ərazisində Ukrayna Silahlı Qüvvələrinin 110-cu mexanikləşdirilmiş briqadasının Ukrayna sursat anbarı məhv edilib.

Həmçinin DXR-in Torskoye, Serebryanka və Avdeevka yaşayış məntəqələrinin ərazilərində Ukrayna Silahlı Qüvvələrinin 67 və 110-cu mexanikləşdirilmiş briqadalarının, həmçinin 100 və 112-ci ərazi müdafiə briqadalarının dörd nəzarət məntəqəsi vurulub.

Daha əvvəl Almaniyanın “Spiegel” qəzeti Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə istinadən Ukrayna hərbçilərinin Rusiya minalarının öhdəsindən gələ bilmədikləri barədə şikayətlərini yazıb. Ukrayna əsgərləri qeyd ediblər ki, minalara görə əks-hücum “üç aylıq cəhənnəmə” çevrilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN