Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyası çərçivəsində NATO-nun baş katibi Yens Stoltenberqlə taxıl müqaviləsini və Ukraynadakı vəziyyəti müzakirə edəcək.
Bu barədə yerli mətbuat Türkiyə prezident administrasiyasına istinadən xəbər verir.
“Cənab Prezident Nyu Yorkdakı Türk Evində NATO-nun baş katibi Yens Stoltenberqi qəbul edəcək. Hazırkı gündəm müzakirə olunacaq, bu, Ukraynadakı vəziyyət, Qara dəniz taxıl təşəbbüsü və təbii ki, Türkiyə ilə NATO arasında əməkdaşlıqdır”, - Ərdoğanın ofisindən bildiriblər.
Bundan əvvəl Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə yeni söhbət planlaşdırdığı məlum olub. Qeyd olunur ki, danışıqların Ərdoğan ABŞ-dan qayıdandan sonra baş tutması ehtimalı yüksəkdir, o, BMT-nin baş katibi Antonio Quterreş və digər liderlərlə taxıl sazişinin bərpası ilə bağlı konkret təklifləri müzakirə edəcək.
E.ŞİRİNOV