ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il seçkiləri ərəfəsində varisi Co Baydenə qarşı yarışa liderlik edir, - deyə "The Washington Post" nəşri ilə "ABC News" arasında keçirilən birgə sorğuya istinadən yazır.

Araşdırmaya görə, Ağ Evin keçmiş rəhbəri respondentlərin 52%-ni, hazırkı prezident isə 42%-ni dəstəkləyir.

Sorğuya görə, amerikalıların əksəriyyəti, ümumiyyətlə, Baydenin fəaliyyətindən narazıdır. Respondentlərin 56%-i onun dövlət başçısı kimi fəaliyyətini mənfi, yalnız 37%-i müsbət qiymətləndirir. Trampın timsalında respondentlərin 48%-i onun prezidentliyini müsbət işarəsi ilə qiymətləndirir, 49%-i isə əks fikirdədir.

Tədqiqatda qeyd edilir ki, amerikalılar Baydenin siyasətində mühüm məsələlərdən biri kimi Ukrayna mövzusuna soyuqqanlıdırlar. Belə ki, respondentlərin 41%-i hesab edir ki, ABŞ Ukrayna üçün artıq çox şey edib, respondentlərin 31%-i yardımın hazırkı məbləğindən razıdır, yalnız 18%-i Kiyevə daha çox dəstək tələb edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN