Polşa Avropa İttifaqından ukraynalı qaçqınların ehtiyacları üçün xüsusi maliyyə ehtiyatı tələb edir.

Bu barədə RMF FM məlumat yayıb.

Radiostansiya adı açıqlanmayan avropalı diplomata istinadən yazır ki, Polşa Aİ daxili işlər nazirlərinin iclasında Ukraynadan olan qaçqınlar üçün müvəqqəti müdafiənin 2025-ci ilin mart ayına qədər uzadılması qərarını istəmir.

Varşava müdafiənin uzadılması ideyasına qəti şəkildə “yox” demir, lakin məsələnin həllini təxirə salmaq və Avropa İttifaqının dövlət və hökumət başçıları səviyyəsində məsləhətləşmələr keçirmək istəyir.

Məlumata görə, Polşa tərəfi qaçqınların xərclərinin ödəniləcəyi maliyyə ehtiyatının yaradılmasını tələb edir.

Müvəqqəti qoruma altında Ukraynadan olan qaçqınlar Aİ vətəndaşları kimi işləmək, sosial təminat, səhiyyə və ya təhsil almaq hüququna malikdirlər.

Polşa və Ukrayna arasındakı taxıl qalmaqalı fonunda Polşa hakimiyyəti Kiyevə daha silah tədarük etməyəcəklərini açıqlayıb. Bundan əlavə, Polşa Ukraynadan olan qaçqınlar üçün müavinətləri növbəti il ​​üçün uzatmaq niyyətində deyil.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN