Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan bildirib ki, ölkəyə Qarabağdan 65 036 erməni köçkün gəlib.

Bu barədə NEWS.am məlumat yayıb.

Rəsmi məlumatlara görə, Qarabağın erməni əhalisi 120 minə yaxın ermənidir. Beləl çıxır ki, Ermənistan bölgə sakinlərinin yarıdan çoxunu qəbul edib.

Ermənistanın Kornidzor kəndində humanitar mərkəz yaradılıb. Ermənistan hökuməti qalmağa yeri olmayan Qarabağ sakinlərini mənzillə təmin edəcəyinə söz verib.

ABŞ bundan əvvəl humanitar yardım üçün Ermənistana 11,5 milyon dollar, Fransa yeddi milyon avro, Avropa Komissiyası isə beş milyon dollar ayıracağını vəd edib.

Azərbaycanın sentyabrın 19-da və 20-də həyata keçirdiyi “antiterror tədbirləri”ndən sonra ermənilər Qarabağı tərk etməyə başlayıblar.

Rusiyanın vasitəçiliyi ilə sentyabrın 20-də saat 13:00-dan etibarən atəşkəs barədə razılıq əldə olunub. Şərtlər arasında Ermənistan Silahlı Qüvvələrinin qalan hissələrinin tamamilə çıxarılması, Qarabağdakı hərbçilərin buraxılması və tamamilə tərksilah edilməsi də var.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN