Sabiq prezident Mixeil Saakaşvilinin keçmiş həyat yoldaşı Sandra Rulofs iki ildən sonra ona baş çəkib.
Tezadlar.az Gürcüstan KİV- lərinə istinadla xəbər verir ki, bu barədə Rulofs özünün sosial şəbəkə hesabında bildirib. O, qeyd edib ki, psixoloji cəhətdən özündə güc hiss etdikdən sonra bu addımı atıb: “Həbsdə olan Mişanın yanına getməyə psixoloji cəhətdən hazır və özümə inamlı olmağım tam iki il çəkdi. Uzun görüşümüz və səmimi söhbətimizdən sonra deyə bilərəm ki, biz artıq bir yerdə deyilik. Ona azadlıq, cansağlığı və xoşbəxtlik arzulayıram”, - deyə Rulofs paylaşımında bildirib.
Qeyd edək ki, Saakaşvili səhhətindəki problemlərlə əlaqədar hazırda Tbilisidəki “Vivamed” özəl klinikasında saxlanılır.