Qərb ölkələrinin sanksiyalara məruz qalan malların Türkiyə üzərindən Rusiyaya daxil olması ilə bağlı ittihamları həqiqətə uyğun deyil, Ankara ölkə daxilində istehsal olunan məhsulları Moskva ilə ticarət edir.
Bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat “RİA Novosti” ilə söhbətində bildirib.
"Türkiyə Türkiyədə istehsal etdiyi malları keçmişdə olduğu kimi Rusiya ilə heç bir çətinlik çəkmədən ticarət edir, Aİ və ABŞ-da istehsal olunan mallara gəlincə, Türkiyə üzərindən Rusiyaya daxil ola bilməzlər. Türkiyəyə qarşı ittihamlara gəlincə, hər kəsin başqalarını əsassız olaraq nədəsə ittiham etmək imkanı var. Bu ittihamlar əsassızdır", - nazir bildirib.
O, həmçinin qeyd edib ki, Avropa ölkələrinin bir çox şirkətləri üçüncü ölkələr vasitəsilə Rusiya bazarlarına çıxmaq istəyirlər.
Bundan əvvəl BMT-nin Ukraynada kritik infrastrukturun bərpası üzrə inkişaf proqramının rəhbəri Lana Zerkal bildirmişdi ki, Ukrayna hakimiyyəti Çin, Hindistan və Türkiyənin 2022-ci il fevralın 24-dən sonra anti-Rusiya sanksiyalarına qoşulacağına ümid edir.
Qərb dövlətləri 2022-ci il fevralın sonunda Ukraynada xüsusi hərbi əməliyyatın başlamasına cavab olaraq Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq ediblər. Xüsusilə, Avropa İttifaqı 11 məhdudlaşdırıcı tədbirlər paketi qəbul edib. Qərb mətbuatı dəfələrlə etiraf edib ki, Rusiya iqtisadiyyatı belə təzyiqlərə tab gətirə bilib.
E.ŞİRİNOV