Qarabağ ermənilərinin reinteqrasiya prosesi çərçivəsində müraciətlərinin qeydə alınması üçün Azərbaycan Dövlət Miqrasiya Xidmətinin  yaratdığı

reintegration.gov.az domeni Ermənistan provayderləri tərəfindən bloklanıb. Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatında deyilir. Lakin Ermənistan ərazisindən adamların portala daxil olmasını təmin etmək məqsədilə reintegration.gov.az domeninin real IP ünvanı Xidmət mütəxəssisləri tərəfindən gizlədilib və beləliklə, sayta giriş bərpa edilib. Məlumatda deyilir ki, son günlər dövlət qurumlarına məxsus saytlara, o cümlədən reintegration.gov.az portalına istifadəyə verildiyi gündən DDOS və digər kiberhücumlar aktiv şəkildə müşahidə olunur. Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində AzStateNet şəbəkəsinə qoşulmuş bütün informasiya resurslarının etibarlı mühafizəsi və fasiləsiz fəaliyyəti təmin edilir, -məlumatda qeyd olunur.

Erməni barmağı sakit dayanmaq istəmir. Bilə-bilə ki, mənasız cəhdlərdir...

Ramiz ƏHMƏDOĞLU 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN