Elanda avtomobillərin Nazirlər Kabinetinə məxsus olduğu bildirilir. Halbuki onlar əvvəllər kriminal avtoritetə məxsus olublar.
Qırğızıstan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Agentliyi 6 avtomobilin satışı üzrə elektron hərrac elan edib.
Bu barədə qurumun saytında məlumat verilir.
“Bu avtomobillər Kamçıbek Asanbekin ailəsi tərəfindən əmlakın dövlətin xeyrinə əvəzsiz verilməsi haqqında müqavilə əsasında verilib”, – agentlikdən bildiriblər (24kg).
Hərraca çıxarılan ən bahalı avtomobillər - ilkin qiyməti 18 milyon som olan 2021-ci il buraxılışı BMW Alpina XB7 və 2017-ci ilin Mercedes-Benz S600 modeli 25,5 milyon somdur.
Bundan əlavə, 2019-cu il Hyundai Genesis (2,8 milyon som), 2019-cu il Kia Rio X-LINE (1,15 milyon som), 2013-cü il istehsalı olan Mercedes-Benz G500 (5,4 milyon som) və Toyota Land Cruiser Prado 2005 (1,25 milyon som) var.
Hərrac isə onlayn keçiriləcək.
Qiymətlər ilkin olaraq təqdim olunanlardır. Və yəqin ki, onlar hərrac zamanı ilkin qiymətlərini aşacaq. Kriminal avtoritetin ümumilikdə avtomobillərinin qiyməti 50 milyon somdan çoxdur. Bu isə manata çevirdikdə də az pul deyil.
Həmçinin qeyd edildiyi kimi bu, ilkin qiymətdir.
JASMİN