Bu gün Bakının Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçın şəhərinə növbəti köç karvanı yola salındı...

31 illik ayrılıqdan sonra Laçına- doğma yurduna qayıdan Mahir Həsənovun da sevinci sərhəd tanımır: "Mən hələ də gözlərimə inanmıram ki, bu qədər ayrılıq bu gün sona çatır... Ömrümün 31 ilini elə bil silib aparıblar. Allah erməni separatçıların bəlasını versin. Çox xoşbəxtəm...".

Bəli, bu xoşbəxtliyin başqa adı və əvəzi yoxdur. Hansı ki, bu gün Laçına köçən daha 17 ailə - 63 nəfər yaşayır.

Dövlət Qaçqınkom- dan "Təzadlar"a verilən məlumatda isə deyilir: "Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar".

Beləliklə, bu dəfəki köç ilə Laçın şəhərində 363 ailə, yəni 1 389 nəfərin daimi məskunlaşması təmin edilib.

Qayıdışımız əbədidir! Laçın Qarabağ, Qarabağ isə Azərbaycandır!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN