Londonda keçirilən ikitərəfli strateji məsləhətləşmələrdən sonra Ermənistan və Böyük Britaniya arasında 2023-2024-cü illər üçün hərbi əməkdaşlıq proqramı imzalanıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistan müdafiə idarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Ermənistan Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Levon Ayvazyan britaniyalı həmkarlarına “Dünyanın kəsişməsi” layihəsini təqdim edib. Görüşdə respublikanın Böyük Britaniyadakı səfiri Varujan Nersesyan da iştirak edib. Məsləhətləşmələr zamanı ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

"Məsləhətləşmələr nəticəsində biz 2023-2024-cü illər üçün Ermənistan-Britaniya müdafiə əməkdaşlığı proqramı imzaladıq", - mətbuat xidməti qeyd edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN