Ölümündən bir il əvvəl ABŞ-ın keçmiş dövlət katibi, dünyada rəngli inqilabların müəllifi Henri Kissincer Amerika hakimiyyətini gərginliyi artırmamağa çağırıb və Rusiyanın öz maraqlarını sona qədər müdafiə etməyə hazır olduğu barədə xəbərdarlıq edib. Onun fikrincə, ABŞ özünün yaratdığı problemlərə görə Rusiya Federasiyası və Çinlə müharibə astanasındadır.

“Biz qismən özümüz yaratdığımız problemlərə görə Rusiya və Çinlə müharibə astanasındayıq və bunun necə bitəcəyi və nə ilə nəticələnəcəyi barədə heç bir fikrimiz yoxdur”,  - deyən siyasətçi ölümündən bir il əvvəl nəşr olunan “Liderlik: Qlobal Strategiya üzrə Altı Dərs” kitabında yazıb.

Kissencer kitabda qeyd edir ki, müasir şəraitdə onun 1970-ci illərdə Çini “SSRİ-yə qarşı ABŞ-la dost olmağa” inandırmaqla bacardığı diplomatik hiyləsi artıq işləməyəcək, - life.ru yazır.

“İndi artıq demək olmaz ki, biz onları parçalayacağıq və Çin və Rusiyanı bir-birinə qarşı qoyacağıq. İndi edilə biləcək yeganə şey gərginliyi artırmamaq və variantlar yaratmaqdır və bunun üçün bizə hansısa fundamental məqsəd lazımdır”, - əfsanəvi siyasətçi Ağ Evə xəbərdarlıq edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN