Almaniya kansleri Olaf Şolts Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı keçirib və onunla keçmiş Sovet respublikasındakı “siyasi, hərbi və humanitar vəziyyəti” müzakirə edib.
Bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreit məlumat verib.
Kansler Federativ Respublikasının Ukrayna ilə “daimi və sarsılmaz həmrəyliyini” təsdiqləyib.
"O, Almaniyanın Avropa və beynəlxalq tərəfdaşları ilə sıx koordinasiyada hərbi sahədə də daxil olmaqla, onu dəstəkləməyə davam edəcəyinə əmin etdi", - Hebestreit qeyd edib.
"Kansler vurğuladı ki, Ukraynanın gələcəyi Aİ-dədir. Bu baxımdan, Almaniya hökuməti Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlanması ilə bağlı Avropa Komissiyasının tövsiyələrinin qəbul edilməsinin tərəfdarıdır və davam edəcək. Lazımi islahatların həyata keçirilməsində Ukraynaya dəstək olmacaq”, - Nazirlər Kabinetinin nümayəndəsi əlavə edib.
“Kansler və Ukrayna prezidenti konstruktiv dialoqu davam etdirmək, o cümlədən münaqişənin sülh yolu ilə həllinə qlobal dəstək məsələsi və sıx əlaqə saxlamaq barədə razılığa gəliblər”, - Hebestreit yekunlaşdırıb.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen noyabrın 8-də bildirib ki, təşkilat Aİ Şurasına Ukrayna ilə icmaya qəbulla bağlı danışıqlara başlamağı tövsiyə edir. Eyni zamanda, danışıqlara başlamaq tövsiyəsi Ukraynanın bir sıra şərtləri yerinə yetirməli olduğuna işarə ilə müşayiət olunub. Bu qərarın dekabrda Brüsseldə keçiriləcək sammitdə icma ölkələrinin liderləri tərəfindən təsdiqlənməsi planlaşdırılırdı. Noyabrın 17-də Reuters yüksək rütbəli Aİ rəsmisinə istinadən xəbər verib ki, bu qərar təxirə salına bilər. Mənbənin sözlərinə görə, “bəziləri “martda bu məsələyə qayıdaq” ifadəsini işlədəcək.
E.ŞİRİNOV