ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Qafqazdakı fəaliyyəti Gürcüstan ərazisi olan, qondarma Abxaziya Respublikasında qadağan edilib.

Missiyanın rəhbəri Con A.Pennel bölgədən çıxarılıb. 24News.ge xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Bundan əlavə, USAID-in maliyyə dəstəyi ilə layihələrin həyata keçirilməsi qadağan edilib. Qeyd edilib ki, qondarma qurum qeyri-müəyyən olan, qeyri-dəqiq məlumatların olduğu layihələrin həyata keçirilməsinə razılıq verməyəcək: “Məqsədi Abxaziyanın daxili və xarici siyasətlə bağlı məsələləri işıqlandırmaq olan media layihələrinin maliyyələşdirilməsi də qadağan edilib”, - deyə qondarma qurumun Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

TEZADLAR.AZ xatırladır ki, bir müddət əvvəl USAID direktoru Samanta Puer regiona səfəri zamanı Ermənistana miqrasiya etmiş ermənilərlə görüşmüş, lakin növbəti gün Ermənistanın təcavüzü nəticəsində fundemanetal hüquqlarından məhrum edilmiş azərbaycnalı qaçqın və məcburi köçkünlələrlə görüşdən imtina etmişdi.

O, paylaşımında qərəzliliyə yol vermiş Qarabağ regionunun erməni sakinlərinin Ermənistana miqrasiyasını "məcburi köç" adlandırmışdı.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauerin yazısına sosial şəbəkə hesabında cavab verərək bildirmişdi ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 il davam edən işğalı zamanı daha bir milyon azərbaycanlının bədnam və qanlı etnik təmizləməyə məruz qaldığı bir vaxtda ABŞ işğalçı Ermənistan dövlətinin yanında dayanıb.

"İndi də həmin siyasət eyni formada davam edir. Akademik və ya peşəkar qərəzsizliyə iddia etmək düzgün olmazdı, belə ki universitetdə “İnsan haqları” təlimləri professoru kimi, Samanta Pauer “Cəhənnəmdən bir problem: Amerika və soyqırımı çağı” adlı təbliğat kitabında Ermənistanın günahsız mülki azərbaycanlılara qarşı törətdiyi soyqırımı və vəhşilik aktları qarşısında tamamilə susqun qalıb. Birləşmiş Ştatların Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi kimi, o, heç vaxt azərbaycanlı qaçqın və məcburi köçkünlərin məsələsini qaldırmağa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini tələb etməyə, hətta Ermənistanın işğalını pisləməyə cəsarət etməyib.

Avrora” mükafatı çətiri altında Samanta Pauer bu fondun təsisçisi, Ukraynada separatizmi maliyyələşdirən məşhur oliqarx və çirkli pulların yuyulması ilə məşğul olan Ruben Vardanyanla bir araya gəlib. Maraqlıdır ki, 2019-cu ildə Avropa Parlamentinin üzvləri “Troyka Dialoq”un təsisçisi Ruben Vardanyana qarşı çirkli pulların yuyulması sxemlərinə görə sanksiyalar tələb ediblər. Ruben Vardanyan da 2022-ci ilin oktyabrından Qarabağda möhkəmləndikdən sonra ABŞ-nin dəstəklədiyi Ermənistanın siyasi rəhbərliyinə qarşı dövlət çevrilişi planlaşdırırdı.

Azərbaycanofobiya, türkfobiya, siyasi korrupsiya, “pulbazlıq” və qondarma “Avrora” mükafatı altında siyasi spekulyasiyalar, yəqin ki, Ruben Vardanyan və Samanta Pauer arasında paylaşılan dəyərlər və maraqlar idi.

Maskanı çıxarın! Artıq Azərbaycanda USAID-in əməliyyatlarına yer yoxdur!”, - Hikmət Hacıyev bildirib.

 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN