Polşalı general Valdemar Skşipçak “Rzeczpospolita” qəzetinə müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenskini istefaya çağırıb.

Tezadlar.az xəbər verir ki, onun sözlərinə görə, Ukrayna lideri Ukrayna hərbi rəhbərləri arasında münaqişəni qızışdırır.

"O, mövqeyini ciddi şəkildə zəiflədir və bəlkə də yorğun prezidentin istefa vermə vaxtıdır", - Skşipçak deyib.

General qeyd edib ki, hazırkı vəziyyət Ukraynanı dəstəkləyən koalisiyanı narahat edir. O qeyd edib ki, Kiyev “nə istədiyini bilmir və komandanlıqda çaşqınlıq yaradır”.

Bundan əvvəl Zelenskinin ofisi bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının istefası məsələsi hipotetik müstəvidən praktiki müstəviyə keçə bilər. Mənbənin sözlərinə görə, belə bir fərziyyə Zelenskinin emosionallığına və onun Zalujnının “tərəfdaşlarla söhbətlərdə həddindən artıq səmimiliyinə” mümkün reaksiyasına əsaslanaraq irəli sürülə bilər.

“The Economist” yazıb ki, Ukraynada aparılan daxili rəy sorğuları Zelenskinin etimad reytinqinin respondentlərin 70 faizinin güvəndiyi Zalujninin etimadının yarısı olmaqla 32 faizə düşdüyünü göstərir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN