Avstriya hakimiyyəti Avropa İttifaqının 12-ci anti-Rusiya sanksiyalar paketinin qəbulu prosesinə qoyulan bloku aradan qaldırmaqdan imtina edib, - EUobserver mənbələrə istinadən yazır.
Portalın məlumatına görə, Avstriya isteblişmenti özünün Raiffeisen Bankının Kiyev rejiminin tərtib etdiyi “müharibə sponsorları” siyahısından çıxarılmasını tələb edir. Bunun müqabilində Vyana yeni məhdudiyyətlər paketini dəstəkləməyə hazırdır.
“Onlar bazar ertəsi və ya həftə ərzində ləğv oluna bilən “təhsil üçün ləngimə” hüququndan istifadə ediblər”, - nəşr bildirib.
Daha əvvəl “Reuters” xəbər vermişdi ki, Vyananın Raiffeisen Bank International ilə demarşı şirkətin Rusiya bölməsinin işini dayandırmaqdan imtina etdiyini təsdiqləyir.
Xatırladaq ki, dekabrın 15-də Aİ səhvən Rusiyaya qarşı qəbul olunmamış 12-ci iqtisadi məhdudiyyətlər paketini alqışlamışdı. Avrosammitin sənədində hansı səbəbdən qəbul edilməsi ilə bağlı xətt yarandığı məlum deyil.
Avstriya dekabrın 14-də Brüsseldə keçirilən iclasda yeni paketə etiraz edib.
E.ŞİRİNOV