Əfqanıstanda hakimiyyəti silah gücünə ələ keçirən “Taliban” yaraqlıları dünən - avqustun 28-də  xalq musiqisi və mahnılarının ifaçısı Favad Andarabini qətlə yetiriblər.

“Times Now” telekanalı bu barədə sənətçinin yaxınlarına istinadən xəbər yayıb. Telekanalın məlumatına görə, müğənni Bağlan əyalətindəki evindən çıxarılaraq güllələnib. Andarabinin oğlu müğənninin ölüm xəbərini təsdiqləyib.

Qeyd edək ki, müğənni musiqi ifalarında “Taliban”ı qınayıb və əleyhdarlarını dəstəkləyib. “Taliban” Andarabinin musiqisini "İslama zidd" hesab edirdi.

Xatırladaq ki, taliblər Əfqanıstanda hakimiyyəti ələ keçirəndən sonra, çox sayda insan “Taliban”ın keçmiş  idarəçilik üsulunu xatırlayaraq narahatlıq və qorxu hissi keçirir, evlərini tərk edərək qaçqın həyatı yaşayır. “Taliban” təmsilçiləri isə açıqlamalarında əfqanları ölkəni tərk etməməyə, qorxmamağa səsləyir, onlara gözəl həyat və gələcək barədə sözlər verirlər...

Lakin bir neçə gün öncə “Taliban ” sözçüsü Zabihullah Mücahid  “New York Times”a  verdiyi açıqlamada musiqinin İslama zidd olduğunu bildirmişdi:” Ümid edirik ki, insanları təzyiq göstərmədən belə şeyləri etməməyə inandıracağıq", - deyə vurğulamışdı.

Həmin açıqlamadan bir neçə gün  əvvəl isə sosial mediada “Taliban” yaraqlılarının Əfqanıstan Musiqi İnstitutuna (ANIM) hücum edərək  məktəbdəki bütün musiqi alətlərini sındırması və qapını kilidləməsinin görüntüləri paylaşılıb. Görünür “Taliban” sözçüsü insanlara “zor” tətbiq etmədən deyərkən, bunu nəzərdə tuturmuş...

“Taliban”ın ikinci dönüşü ilə Əfqanıstanda  incəsənətin – musiqinin ilk qurbanı isə Andrabani oldu...

 

 Y.MƏMMƏDLİ

   

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN