Vladimir Zelenski Ukraynanın NATO-ya daxil olması ilə bağlı konkret təklifləri eşitmək istədiyini bildirib.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Zelenski bu barədə Vilnüsdə Litva prezidenti Gitanas Nauseda ilə birgə mətbuat konfransı zamanı bildirib. Bundan əlavə, o, Ukrayna üçün daha güclü hava hücumundan müdafiə sistemi əldə etmək istədiyini də bəyan edib.

“Mən iki konkret şey almaq istərdim:müdafiə qərarı və siyasi. Çox ehtiyac duyduğumuz hava hücumundan müdafiə sistemini almaq istərdim. Siyasi qərarlara gəlincə, mən NATO-ya doğru heç olmasa bir konkret addım atmaq istərdim”, - deyə o bildirib.

Xəbər verdiyimiz kimi, bundan əvvəl Vladimir Zelenski Litvaya səfər edib və burada Ukraynanın Avropa İttifaqı və NATO-ya daxil olması ilə bağlı danışıqlar aparıb.

​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN