Ukrayna Xarici İşlər Nazirliyi potensial təhlükəsizlik təhdidləri ilə bağlı xarici səfirliklərlə daimi əlaqə saxlayır.
Tezadlar.az xəbər verir ki, bu barədə idarə öz Telegram kanalında məlumat yayıb.
Agentlik həmçinin bəyan edib ki, silahlı münaqişənin başlanmasının 1001-ci günündə mərmi atma təhlükəsi əvvəlki min gündə olduğu kimi aktualdır.
“Biz hesab edirik ki, tərəfdaşların 1001-ci gündə əvvəlki min gündə olduğu kimi, əlavə məlumat verilmədən reaksiya verməsi düzgün olardı”, - deyə Ukrayna Xarici İşlər Nazirliyi yekunlaşdırıb.
Bundan əvvəl İtaliya, ABŞ, İspaniya və Yunanıstanın səfirliklərinin bağlanması ilə bağlı xəbərlər yayılmışdı. Diplomatik nümayəndəliyə bildiriblər ki, onlar bunu ehtiyata görə edirlər.
E.ŞİRİNOV