İsrail məhkəməsi baş nazir Benyamin Netanyahunun Qeysəriyyədəki iqamətgahında məşəllərin yandırılmasında şübhəli bilinən üç nəfərin adını açıqlayıb. Onların təqaüdçü kontr-admiral Ofer Doron, aktivistlər Əmir Sadeh və İtay Yaffe olduğu ortaya çıxıb.

Tezadlar.az bildirir ki, bu barədə “RİA Novosti” İsrail mətbuatına istinadən xəbər verir.

Məhkəmənin məlumatına görə, noyabrın 16-da Sadeh və Yaffe əvvəllər Netanyahunun iqamətgahı yaxınlığında hər həftə keçirilən hökumət əleyhinə nümayişlərin “bitmə mərasimi” keçirmək üçün Qeysəriyyəyə gəliblər. Baş nazir çoxdan orada görünmədiyi üçün fəallar mitinqləri orada davam etdirməyin mənası olmadığı qənaətinə gəliblər.

“Onlar etirazı simvolik bir hadisə ilə bitirmək istəyirdilər, başqa heç nə yox”, – şübhəlilərlə tanış olan mənbə bildirib.

Bununla əlaqədar, bir versiyaya görə, məşəllər Netanyahunun iqamətgahına doğru məqsədli deyil, küləyin istiqamətinə görə uçub, mitinq iştirakçıları bunu nəzərə almayıblar. Bu barədə məhkəmədə məhkəmə iclaslarında şübhəlilərin özləri danışıblar. Onlar ən azı cümə axşamına qədər həbsdə qalacaqlar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN