Bakı şəhəri Binəqədi rayonu ərazisində tikinti işləri zamanı ağacların kəsilməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində yoxlama aparılib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, bələdiyyənin müvafiq qərarına və müqaviləyə əsasən bələdiyyənin inzibati ərazisi olan icarəyə verilmiş torpaq sahəsində tikinti işləri aparılarkən ərazidə mövcud olmuş ağac və kollar məhv edilmiş, nəticədə dövlətin təbiətin qorunmasına dair qanunla qorunan mənafelərinə 9 min manat məbləğində mühüm zərər vurulub. Eyni zamanda, tikinti zamanı ayrılmış torpaq sahəsindən əlavə bələdiyyə torpağının zəbt edilməsi də aşkar edilib.

Fakta görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanılaraq istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Hazırda iş üzrə ibtidai istintaq aparılır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN