Doqquz aylıq qız stəkan isti çayı üstünə tökərək ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hadisə bu gün Leninqrad vilayətinin Yam-Tesovo kəndindəki evlərdən birində baş verib. Bədəninin 15%-i yanıq xəsarətləri alan uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
“O, üzü, qulağı, boynu, döş qəfəsi, mədəsi və çiyin nahiyəsindən yanıq xəsarətləri alıb”, - mənbə bildirib.
İndi həkimlər onun həyatı üçün mübarizə aparırlar. Hadisənin digər təfərrüatları müəyyənləşdirilir.