Çox təəssüf ki, Azərbaycanda son illər ailədaxili zorakılıq hallarının sayı artıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib,  bu il ailədaxili zorakılıq faktları haqqında  Komitəyə 212 məlumat daxil olub. Komitə sədrinin sözlərinə görə, əvvəllər hər ay 20-25 müraciət olurdusa, avqust ayında bu rəqəm 46 olub: “Eyni zamanda 860 “Qaynar xətt”imizə təxminən o qədər - 211 müaraciət olub. Onların da çoxu qadınlardır”.

 Xatırladaq ki, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə ölkədə ailədaxili zorakılıqdan zərər çəkmiş şəxslərin müdafiəsi üzrə yeni hüquqi mexanizmlər yaradılıb, çoxsaylı maarifləndirici layihələr həyata keçirilib, həmçinin Milli Fəaliyyət Planı təsdiq edilib.

Məişət zorakılığı gender problemidir. Məişət zorakılığının hüquqi tərifi məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanununda göstərilmişdir. Bu qanuna əsasən məişət zorakılığı “yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır

Xatırladaq ki, 25 noyabr Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günüdür.

1999-cu il dekabrın 17-də BMT Baş Assambleyası noyabrın 25-ni Qadınlara Münasibətdə Zorakılığın Aradan Qaldırılması uğrunda Beynəlxalq Mübarizə Günü elan edib.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN