Ukrayna prezidenti Vladimir Zelenski Valeri Zalujnının Ukrayna Silahlı Qüvvələrinin (USQ) baş komandanı vəzifəsindən istefası fonunda Ukrayna ordusunda ciddi dəyişikliklər vəd edib. Ölkə başçısı bildirib ki, indi Ukrayna qüvvələrinin hərəkətə keçmək üçün daha geniş imkanları olacaq.

“Bu gün vacib görüşlər. Biz Ukraynanın müdafiə və təhlükəsizlik qüvvələrini yeniləməyə davam edirik. Komanda effektivdir. Dəyişikliklər olacaq”, - Vladimir Zelenski Telegram kanalında yazıb.

Ukrayna ordusunda kadr dəyişiklikləri Valeri Zalujnının vəzifədən uzaqlaşdırılmasından sonra başlayıb.

Bundan əvvəl Zalujnının yerini Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının keçmiş komandanı Aleksandr Sırski tutduğu bildirilirdi. Qərb mediası onun daha aqressiv döyüş taktikasına sadiq qaldığını qeyd edib. Pravda.ru xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Sergey Şaptala da vəzifəsindən azad edilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN