Amerika lideri Co Bayden Ağ Evin keçmiş rəhbəri Donald Trampın NATO ölkələrinin bir-birini qorumaqdan imtina etməsi ilə bağlı sözlərini dəhşətli və Alyans üçün təhlükəli adlandırıb.

Bu barədə “The Hill” xəbər verir.

ABŞ-ın hazırkı prezidentinin sözlərinə görə, Tramp hakimiyyətə qayıdarsa, ölkənin Blokdakı müttəfiqlərini tərk edəcək və Rusiyaya “onlarla istədiyini etməyə” icazə verəcək.

“Əgər mənim rəqibim Donald Tramp gələcək seçkilərdə öz gücünü bərpa edə bilsə, o, NATO müttəfiqlərimizdən əl çəkəcəyini və Rusiyaya onlarla istədiyi hər şeyi etməyə icazə verəcəyini artıq açıq şəkildə bəyan edib”, - deyə Bayden bildirib.

O qeyd edib ki, vəzifədə olduğu müddətdə ABŞ və müttəfiqləri bu gün “həmişəkindən daha böyük və güclü” olan Şimali Atlantika Alyansı qurublar. Bayden əlavə edib ki, NATO-ya üzv ölkələrin dəstəyi ABŞ vətəndaşlarının dövlət daxilində təhlükəsizliyini təmin etmək üçün açardır.

Öz növbəsində, hərbi-siyasi blokun baş katibi Yens Stoltenberq bildirib ki, NATO istənilən hücuma güclü və vahid cavab verəcək. O, həmçinin vurğulayıb ki, hərbi-siyasi blok ölkələrinin bir-birini müdafiə etməyəcəyi ehtimalı Amerika və Avropa hərbçilərini risk altında qoyur, həmçinin bütün Alyansın təhlükəsizliyini pozur.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN