Litva siyasətçilərinin axtarışa verilməsinə görə Litva Rusiya Federasiyasının müvəqqəti işlər müvəkkilinə etiraz edib.
“Fevralın 14-də Rusiya Federasiyasının Litvadakı səfirliyinin nümayəndəsi Litva Xarici İşlər Nazirliyinə çağırılıb və ona Rusiyanın Litva siyasətçiləri, dövlət qulluqçuları və digər şəxslərin axtarışa verilməsi ilə bağlı qərarı barədə sərt etiraz notası verilib”.
Tezadlar.az xəbər verir ki, bu barədə Litva diplomatik xidmətinin bəyanatında deyilir.
Qeyd edək ki, bir gün əvvəl Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Litvanın mədəniyyət naziri Simonas Kayrisi cinayət ittihamı ilə axtarışa vermişdi.
E.ŞİRİNOV