Bu gün dünyanın xəbər agentlikləri Taliban yaraqlılarının Əfqanıstanda taliblərlə mübarizə aparan sonuncu Panjshir əyalətini ələ keçirməsini qeyd etmək üçün Kabulda açılan atəş nəticəsində ən az 17 adamın öldüyünü yazıb...

Bu barədə "Reuters" agentliyi geniş reportaj yayımlayıb. "Şəmşad" xəbər agentliyi isə cümə günü Kabildə "silahlı atəş" nəticəsində 17 nəfərin öldüyünü və 41 nəfərin yaralandığını yazır. "Tolo" xəbər agentliyi də oxşar itkilər barədə məlumat yayıb ki, paytaxtın şərqindəki Nangarhar əyalətində "bayram" atışması nəticəsində ən az 14 nəfər yaralanıb. Atışma Taliban -ın əsas sözçüsü Zabihullah Mücahidin tənqidinə səbəb olub. "Havada atəş açmaqdan çəkinin və bunun əvəzinə Allaha şükür edin. Güllələr mülki insanlara zərər verə bilər, buna görə lazımsız yerə atəş açmayın", - Mücahid Twitter səhifəsində yazıb.
Avropa Birliyinin rəsmiləri isə cümə günü Kabildə yeni Taliban hökuməti ilə qarşılıqlı əlaqədə olmağa hazır olduğunu, ancaq o şərtlər daxilində ki,  Əfqanıstan terrorizm üçün bir meydan olmamalıdır.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN