Sankt-Peterburqun Şuşarı kəndində içərisində uşaqların da olduğu 15 nəfərin olduğu lift çoxmərtəbəli binaya düşüb.

Bu barədə “78.ru” məlumat yayıb.

Hadisə martın 5-də Novqorodskaya küçəsindəki binada baş verib.

"Üç böyük və bir uşaq yaralanıb", - mənbə aydınlıq gətirib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gedib. Yaralılardan iki nəfər üçün təcili yardım çağırılıb, bir nəfər isə dizindən zədə alıb.

Hazırda düşən liftdə olan digər sakinlərin vəziyyəti və xəsarətləri ilə bağlı məlumat dəqiqləşdirilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN