FHN Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair əhaliyə müraciət edib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən (FHN) Tezadlar.az-a verilən məlumata görə, müraciətdə deyilir: “Xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan və hər birimiz üçün əziz olan Novruz bayramı ilə bağlı müxtəlif mərasimlər, o cümlədən çərşənbə axşamları təşkil olunan tədbirlər zamanı bir sıra hallarda yanğın təhlükəsizliyi qaydalarının pozulması sonda ağır fəsadlara, acı nəticələrə səbəb olur. Belə ki, ötən həftə Abşeron rayonunda çərşənbə mərasimi zamanı yaşayış binasının həyətində qalanan tonqaldan çıxan qığılcımın avtomobilin üzərinə düşməsi nəticəsində yanğın hadisəsi baş verib. Yalnız yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək digər avtomobillərə keçməsinə imkan verilməyib”.

Qeyd olunanlarla bağlı FHN bir daha əhaliyə müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır:

- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar materiallardan kənarda yandırılmalı;

- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;

- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı və tam sönənədək nəzarətdə saxlanılmalı;

- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Nəzərə alınmalıdır ki, küləkli havada tonqal yandırılması xüsusilə təhlükəlidir.

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN