İranda 15 gün (20 fevral - 5 mart) ərzində ilaxır çərşənbələri ilə əlaqədar baş verən hadisələr nəticəsində 6 nəfər ölüb, 175 nəfər xəsarət alıb.

TEZADLAR.AZ xəbər verir ki, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Babək Yektapərəst deyib.

Onun sözlərinə görə, xəsarət alanlardan 15 nəfərin bədən üzvü amputasiya olunub, 85 nəfər yanıq xəsarəti, 67 nəfər göz nahiyəsindən xəsarət alıb.

Yektapərəst bildirib ki, xəsarət alanların 74%-nin yaşı 18-dən aşağıdır və 23% xəsarət alan yoldan keçən vətəndaşlar olub.

“Əsasən, Şərqi Azərbaycan vilayətində 1 nəfər ölüb, 40 nəfər xəsarət alıb, Tehran vilayətində 1 nəfər ölüb, 37 nəfər xəsarət alıb, Qərbi Azərbaycan vilayətində 4 nəfər ölüb, 20 nəfər xəsarət alıb”, - deyə o bildirib.

Qeyd edək ki, İranda Novruz bayramı ilə əlaqədar çərşənbələrdə tonqalların qalanmasında təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət olunmur, kustar üsulla pirotexniki vasitələr hazırlanır və istifadə edilir.

 

trend

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN