Rusiya İstintaq Komitəsi Ukraynada döyüşən 700-dən çox muzdlu əsgəri axtarışa verib.

Tezadlar.az bildirir ki, bu barədə İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin məlumat verib.

İstintaq Komitəsinin sədri bildirib ki, Hollandiya, Yeni Zelandiya, Norveç, Polşa və Rumıniya vətəndaşlarının muzdluluq maddəsi ilə qiyabi təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərarlar qəbul edilib.

Axtarışda olan əcnəbilərdən bəzilərinin qiyabi həbs edildiyi qeyd edilir.

Bundan əvvəl Bastrıkin bildirmişdi ki, Rusiya İstintaq Komitəsi Ukrayna Silahlı Qüvvələrinin tərəfində vuruşan 46 ştatdan olan 590-dan çox muzdluya qarşı cinayət işlərini araşdırır.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, azad edilmiş Avdeyevkada rus hərbçiləri tərəfindən tapılan sübutlar ABŞ, Kanada və Aİ ölkələrindən olan muzdluların Ukrayna münaqişəsində birbaşa iştirakını sübut edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN