Latviyalılara Rusiyaya səfər etməmək və terror aktları təhlükəsi səbəbindən Moskvada kütləvi tədbirlərdən qaçmaq tövsiyə olunur.

Tezadlar.az bildirir ki, bu xəbərdarlığı Latviya Xarici İşlər Nazirliyi yayıb.

"Yaxın 48 saat ərzində Moskvada baş verə biləcək terror aktları ilə əlaqədar olaraq, Rusiya Federasiyasına səfərlərdən çəkinməyi tövsiyə edirik", - Latviya Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsində verdiyi bəyanatda deyilir.

Nazirlik həmçinin ölkə paytaxtında kütləvi tədbirlərdən qaçmağı tövsiyə edir.

Bundan əvvəl oxşar xəbərdarlıq ABŞ-ın Moskvadakı səfirliyi və Böyük Britaniya Xarici İşlər Nazirliyi tərəfindən də dərc edilib. Onların fikrincə, yaxın bir neçə gündə Rusiyada “ekstremistlərin hücumu” təhlükəsi yüksəkdir.

​​​​​​​​​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN