Kürd fəal Firaz Korkmaz Türkiyəyə deportasiya edilərkən Paris hava limanında kütləvi dava baş verib.

Tezadlar.az xəbər verir ki, “La Depeche”nin məlumatına görə, etirazçılar həmin şəxsi təyyarəyə qədər müşayiət edən konvoya hücum ediblər.

Hadisə Terminal 1-in ümumi ərazisində baş verib. Fəallar hesab edirlər ki, Korkmaz Türkiyədə işgəncə və həbslə üzləşir. Qovulmanın əleyhinə olanlar həmin anda Korkmazın olduğu gözləmə otağına soxulublar.

Nəticədə, mühafizəçilər, təhlükəsizlik işçiləri və etirazçılar arasında əlbəyaxa dava düşüb. Yalnız bir qrup asayiş keşikçisinin gəlişindən sonra tərəfləri ayırmaq mümkün olub. Aeroportun üç işçisi yaralanıb və onlara yüngül xəsarətlər diaqnozu qoyulub.

Polis araşdırmalara başlayıb, lakin hələlik heç kimi həbs etməyib. Korkmaz ölkədən deportasiya edilib. Media qeyd edir ki, etirazçılar arasında kommunist partiyalarından olan bir neçə deputat da kürdlərin Türkiyəyə deportasiyasına qarşı çıxıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN