Voronejdə Lenin küçəsində yerləşən kafe binasında partlayış baş verib, şüşələr zədələnib, hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.
Tezadlar.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Voronej vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Natalya Kulikova məlumat verib.
“Rusiya Daxili İşlər Nazirliyinin Voronej şəhərinin 6 saylı polis bölməsinə Lenin küçəsində yerləşən kafelərdən birində vitrin şüşəsinin zədələnməsi və daha sonra binanın içərisində döyülməsi barədə məlumat daxil olub. Hazırda hadisə yerində istintaq-əməliyyat qrupu işləyir. Bütün hallar aydınlaşdırılır”, - deyə o bildirib.
E.ŞİRİNOV