Martın 22-də Krasnoqorskda törədilmiş terror aktı son vaxtlar ölkəmizə qarşı törədilmiş ilk terror aktı deyil, - Rusiya Xarici İşlər Nazirliyi bildirib. Sənəd departamentin saytında dərc olunub.

XİN qeyd edib ki, Rusiyanın səlahiyyətli orqanları tərəfindən aparılan istintaq hərəkətləri bütün bu cinayətlərin izlərinin Ukraynaya apardığını göstərir.

Daha əvvəl törədilmiş digər terror aktları jurnalistlər Daria Dugina və Vladlen Tatarskinin (Maksim Fomin) həyatı bahasına başa gəlib, yazıçı Zaxar Prilepinin ağır yaralanmasına və Krım körpüsünün partlaması nəticəsində 5 nəfərin ölümünə səbəb olub, - diplomatlar vurğulayıblar.

Bununla bağlı Xarici İşlər Nazirliyi qeyd edib ki, müvafiq dünya konvensiyaları çərçivəsində bu terror aktlarında iştirak edən bütün şəxslərin dərhal tutulması və ekstradisiyası üçün Ukrayna hakimiyyət orqanlarına tələblər təqdim olunub.

Bu tələblər arasında martın 25-də Ukraynanın 2022-ci ilin oktyabrında Krım körpüsünün bombalanmasını təşkil etdiyini və Rusiyada digər terror aktlarının təşkilinin təfərrüatlarını açıqladığını etiraf edən Ukrayna Təhlükəsizlik Xidməti (UTX) rəhbəri Vasili Malyukun həbsi də var.

Xarici İşlər Nazirliyi ümumiləşdirib ki, beynəlxalq terrorizmlə mübarizə hər bir dövlətin vəzifəsidir. Bununla əlaqədar, Rusiya tərəfi Kiyevdən terror fəaliyyətinə hər hansı dəstəyi dərhal dayandırmağı, cinayətkarları təhvil verməyi və zərərçəkənlərə dəymiş ziyanı ödəməyi tələb edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN