Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrini bütün cəbhə xətti boyunca mövqelərdən darmadağın edir.

Tezadlar.az xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson YouTube-un “Judging Freedom” kanalına müsahibəsində deyib.

Ekspert qeyd edib ki, bir neçə yüz kilometrə qədər uzanan bütün cəbhə xətti boyunca Rusiya qoşunları irəliləyir, Ukrayna Silahlı Qüvvələri isə geri çəkilir.

"Və Ukraynanın buna cavab verəcək heç bir şeyi yoxdur", - o deyib.

Conson əlavə edib ki, Ukrayna ordusu mərmi və canlı qüvvə çatışmazlığı yaşayır. Həmçinin, ötən ildən bəri Ukrayna Silahlı Qüvvələrinin itkiləri iki dəfə artıb.

Bir müddət əvvəl Amerika kəşfiyyatının keçmiş zabiti Skott Ritter bildirib ki, Ukrayna ordusu kəskin hərbi kadr çatışmazlığı səbəbindən kritik vəziyyətdədir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN